Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Pandemiya üzərində qələbədən sonra fərqli olacağıqmı...”

Dünyada bir neçə aydır tüğyan edən koronavirus pandemiyası milyardlarla insanın gündəlik həyat ritmini pozub. Üstəlik insanlıq hələ də pandemiyaya qarşı real olaraq effektiv plana malik deyil. Azərbaycan əsilli rusiyalı biznesmen, eks-senator Fərhad Əhmədov özünün “Rossiyskaya qazeta”-da dərc edilmiş müəllif məqaləsində insanlığın pandemiyadan çıxaracağı dərslər barədə bəhs edir. Biznesmen sualı birbaşa qoyur: insan sivilizasiyasının sonrakı taleyi necə olacaq, övladlarımızı və nəvələrimizi nə gözləyir?  Qaldırılan məsələlərin aktuallığını nəzərə alaraq virtualaz.org Fərhad Əhmədovun məqaləsinin tərcüməsini oxuculara təqdim edir:

Pandemiya və özünütəcrid-düşünmək, dəyərləndirmək və fəaliyyət üçün zamandır. Bir tərəfdən təkcə çökməkdə olan iqtisadiyyatları dayandırmaq tələb olunmur , eyni zamanda  onu yenidən qurmaq, pandemiyanın olduqca mühüm düzlişlər etdiyi  yeni reallıqlara adaptasiya etmək də lazımdır. Digər tərəfdən-pandemiya daha ciddi məsələlər barədə düşünmək üçün fürsətdir. Biz hamımız birlikdə, yoxsa hər birimiz ayrı-ayrılıqda yaşayırıq?

Mən artıq pandemiyanın səbəblərini araşdırmaq üçün BMT-nin eqidası altında beynəlxalq komissiyanın qurulmasının zəruriliyi haqda danışmışam. Və üstəlik bu komissiyanın mandatında hökmən koronavirusun fəlakətli miqyasda yayılmasına görə mümkün günahkarlara qarşı iqtisadi iddiaların qaldırılmasından imtina öz əksini tapmalıdır. Belə tədqiqat xalqları ayırmalı deyil, əksinə, onları birləşdirməli və beynəlxalq birliyi ümumdünya probleminə qarşı mübarizədə səfərbər etməlidir. Və bu mandat 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının təyinatına tam uyğun olacaq.

Mən buna niyə əminəm? Son on illiklər ərzində insanlıq ağlasığmaz uğurlar əldə edib. Elmi-texniki proqress bizə bir çox problemlərin öhdəsindən gəlməyə imkan verdi. Biz daha azad, sərbəst və dinamik olduq, amma budur-heç demə, paradoks!-eyni zmanda biz həm də çox əlçatan varlıqlara çevrildik. Mahiyyətcə biz həmin proqressin girovlarıyıq, yaxud belə desək, onun “divan” istehlakçılarıyıq.

Elektron ticarətin miqyası getdikcə böyüyür. Robotlar birjada hərraclarda iştirak edərək insanları əvəzləyir-axı onlar emosiyalarsız və panikasız şəkildə bazarda situasiyanı analiz edib qərar çıxarır. Biz rəqəmsal texnologiyalar, gacetlər olmadan addım ata bilmərik, uşaqlarımızın bir çoxu artıq virtual reallıqdan başqa reallıq təsəvvür eləmir.

Uşaqların həyətdə “qaçaq-quldur” oynadıqları vaxtlar təəsüflər olsun ki, artıq konvertlərdə göndərilən məktublar kimi, keçmişdə qalıb. Üstəlik süni intellekt, süni qida, transgenderlərin süni bədənləri. Bəs hər kəsin ucdantutma “çipləşməsi” barədə söz-söhbətlər?

Düşünən insanlarda elektron identifikasiya və dövlətlərin digər buna bənzər texnologiyaları indidən ciddi narahatlıq yaradır. İnnovasiyalar və texniki proqress insan haqlarını məhdudlaşdırmağa başlayıb. Elmi nailiyyətləri heç bir halda onların mənəvi-əxlaqi qiymətləndirmələrindən ayırmaq olmaz.

Sosioloqlar yeni dəbə minmiş “əyləncə”-bizim gacetlərdən asılılığımızın birbaşa nəticəsi olan tənhalıq barədə həyacan təbili çalırlar. Biz ünsiyyətə girməyi dayandırırıq və cəmiyyət olmaqdan uzaqlaşırıq. Tənhalıq bizi heysiyyatsızlığın dibinə çəkir. Belə vəziyyətdə ekspertlərin qiymətləndirmələrinə görə, hazırda amerikalıların yarıya qədəri yaşayır. Yaponiyada ev təsərrüfatlarının ən azı üçdə biri tənha insandan ibarətdir. Süni intellekt hətta məğlubedilməz sayılan cinsi məsələni də təhrif edib: kaprizli arvada və ya yöndəmsiz ərə dözmək istəməyənlər özlərinə virtual partnyor seçməyə üstünlük verirlər.

Rifah, VR-texnologiyalar və bütün mümkün “innovasiyalar” bu gün həmin məsələnin öhddəsindən asanlıqla gəlməyə imkan verir. Mənim çinli tanışım bu yaxınlarda deyirdi ki, onun üç arvadı var. Mən buna təəcübləndim: bu necə ola bilər axı? Bəyəm Çində bu mümkündür? O, izah etdi ki, bütün bu üç arvadlar hamısı robotlardır, onlar “evdə hər işi görür, üstəlik deyinmir, əsəbləşdirmir...”

Bizim əvəzimizdən çox şeyi edən süni intellekt bizləri faktiki olaraq müstəqil düşünməkdən məhrum edir: pandemiya bunu bariz şəkildə göstərdi. Demək olar ki, heç kim öz hərəkətini özü şəxsi analizindən çıxış edib planlaşdırmır, hamı KİV-lərin və sosial şəbəkələrin məlumatlarına əsaslanır. Və əksər hallarda düşünmədən məzmununda təhrifolunmuş faktlar, yəni “feyklər” olan informasiyaları uduruq.

Real problemləri illüziya sayaraq biz özümüzə “təhlükəli olmayan təhlükələr” uydururq, üstəlik divanda uzanaraq popkorn yeyib koka-kola içə-içə filmlərə baxmağı xoşlayırıq. Axı bu filmlərdə “bizimkilər” həmişə qalib gəlir və həmişə dünyanı şər qüvvələrdən, yadplanetlilərdən, lap elə zombilərdən xilas edən kimsə tapılır. Yəni seçim var. Yekunda artıq biz özümüz də zombiləşirik.

Üstəlik burada elə təsadüf edib ki, koronavirusun yayılmasının pik dövrü əsas dini bayramlar-Pesax-Pasxa və Ramazanla üst-üstə düşüb. Bu dinlərin ardıcılları ilk dəfə bu il birgə ibadət edə  bilmədilər. Rusiyada Patriarx dindarları Pasxa bayramında kilsəyə getməməyə çağırdı. Ramazanda isə müsəlmanları məscidlərə getməməyə inandırmaq istəyirlər. Belə şey nə vaxt olub? Deməli bu baş verənlər insanlıq üçün siqnaldır! Elə siqnal ki, ona məhəl qoymamaq olmaz.

Bizlər hamımız bu pandemiyadan dərs çıxarmalıyıq. Biz birləşməli, insanlar və ölkələr arasında mövcud olan ziddiyətləri dəf etməliyik ki, sonra virus üzərində qələbə çalandan sonra  hökmən yaranacaq yeni reallıqda yaşaya bilək. Bizlər sadəcə olaraq əməkdaşlığa məhkumuq.

Bu gün pandemyaya qarşı real olaraq effektiv planının mövcud olmadığı , qaykaları bərk sıxmaq arzusunun isə aşıb-daşdığı bir vaxtda məzmunlu əməkdaşlıq kursu işləyib hazırlamaq çox mühümdür. Ona görə də kifayət qədər düşünülməmiş qanunların və dəyişiklilərin sayı bizləri qayğılandırmaya bilməz. Hansı ki, bu qanunlar və dəyişikliklər hamının başının virusdan ölənlər və yeni yoluxanlar haqda rəqəmləri izləməyə qarışdığı bir vaxtda qəbul edilir. Dövlətlər və vətəndaşlar nəhayət başa düşməli və yada salmalıdır ki, onlar rəqiblər deyil, müttəfiqlərdir, bütöv bir tamdır.

Bütün dünya birliyi də eynilə bu cür nəticəyə gəlməlidir: sağlamlığın mühafizəsi, marifləndirmə, münaqişələrin nizamlanması ilə birlikdə məşğul olmaq lazımdır, bir-birinə daha çox kömək etmək, üstəlik bu zaman öz “dostluğunu” zorla kiməsə sırımamaq və ümumən dünyanın mənzərəsini onun bütün rəngarəngliyi və çoxyönlülüyü ilə görmək gərəkdir. Və onu qorumaq lazımdır...

Düşünürsən ki, pandemiyadan çıxışda bu qənaətə bütün dünya nəhənglərinin liderləri gəlməlidir. Birliyə gəlmək, bunu dəqiq dərk etmək gərəkdir  ki, “təhlükəsiz təhlükələr” dövrü artıq arxadadır. Sual mahiyyətcə, birbaşadır: insan sivilizasiyası bu pandemiyadan sonra necə olaacq, bizim uşaqlarımızı və nəvələrimizi hansı tale gözləyir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə