Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
26 avqust - Mehriban xanım Əliyevanın doğum günüdür

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyevanın doğum günü münasibətilə ən səmimi təbriklərimizi bildiririk.


Azərbaycanın mədəniyyət xadimləri, incəsənət nümayəndələri və rəssamları adından da Mehriban xanım Əliyevaya doğum günü münasibətilə dərin ehtiram və səmimi arzularımızı çatdırırıq. Mehriban xanım Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələr sənət adamlarının daima diqqətində olmuşdur.


Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sabitliyi və tərəqqisi üçün görülən işlər, Mehriban xanımın fəaliyyəti ilə vəhdət təşkil edərək Azərbaycanın güclənməsinə mühüm töhfələr verir.

Mehriban xanım Əliyeva müasir Azərbaycan cəmiyyətində humanizm, intellekt və dövlətə sədaqət kimi yüksək keyfiyyətləri ilə tanınır. Onun təhsil, səhiyyə, mədəniyyət və sosial rifah sahəsində göstərdiyi genişmiqyaslı fəaliyyət cəmiyyətin inkişafında xüsusi yer tutur. İctimai-siyasi fəallığı, xeyirxah təşəbbüsləri və milli-mənəvi dəyərlərə bağlılığı onu Azərbaycanın nüfuzlu simalarından birinə çevirib.

Mehriban Əliyeva ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanın mədəni irsinin tanıdılması, sosial layihələrin gerçəkləşdirilməsi istiqamətində önəmli işlər görür. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr xalqın rifahına xidmət edir və geniş ictimai rəğbət qazanır.

Bu əlamətdar gündə mən də əməkdar mədəniyyət işçisi və rəssam kimi, şəxsim və ailəm adından Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə başladığı işlərdə uğurlar arzu edir və bir daha doğum gününü təbrik edirəm!

Hörmətlə, 
Əməkdar mədəniyyət işçisi, rəssam
Elçin Orucov
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə