Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Respublika 1 Saylı Psixiatriya Xəstəxanasının kollektivində xoş bayram əhval-ruhiyyəsi

Respublika 1 Saylı Psixiatriya Xəstəxanasının baş ofisinin əməkdaşları kollektivin sevimli üzvlərindən olan Şəhrabanu xanımın doğum gününü birlikdə qeyd ediblər.

Xəstəxananın inzibati heyətini bir araya gətirən bu səmimi tədbir bir daha göstərdi ki, burada formalaşmış kollektiv münasibətləri sadəcə iş yoldaşlığı ilə məhdudlaşmır. Əməkdaşların qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətləri bu kollektivi böyük bir ailəyə çevirib. Hər kəs öz işinə məsuliyyətlə yanaşır, nizam-intizamı və peşəkarlığı ilə digərlərinə nümunə olur. Məhz belə sağlam və mehriban mühit istənilən uğurun qazanılmasında mühüm rol oynayır.

Tədbirin əsas səbəbkarı olan Şəhrabanu xanım da əməkdaşların xüsusi sevgisini və rəğbətini qazanan insanlardan biridir. Əlindəki gül dəstəsi ilə şəkilə xüsusi gözəllik qatan Şəhrabanu xanım sanki özü də həmin güllər qədər zərif və gözəldir.

Doğum günü hər bir insanın həyatında özünəməxsus yeri olan xüsusi bir gündür. Bu bayram yalnız həmin şəxsin deyil, onu sevən və dəyər verən insanların da sevincinə çevrilir. Şəhrabanu xanımın doğum günü münasibətilə bütün iş yoldaşları ona ən xoş arzularını çatdırıb, uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.

Yubiley yaşını isə açıqlamırıq. Onun yaşı elə şəkildən göründüyü qədərdir...

Bir daha kollektivimizin gözəl və dəyərli üzvü Şəhrabanu xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona xoşbəxtlik, sevinc dolu günlər və daim uğurlar arzulayırıq.

"xeberinmerkezi.az",

Şamil Şamilov

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR