Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

    İyunun 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında Adolf Adanın dünya balet sənətinin incilərindən olan “Jizel” baleti növbəti dəfə tamaşaçılarla təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, balet tamaşasına, Əməkdar artist Əyyub Quliyev dirijorluq edib.

    Balet Marius Petipanın klassik səhnə versiyası əsasında hazırlanıb.

    Səhnə əsərinin hazırlanmasında Xalq artistləri Mədinə Əliyeva və Gülağası Mirzəyev, Əməkdar artistlər Yuri Lobaçev və Cəmilə Kərimova baletmeyster-repetitor kimi mühüm rol oynayıblar. Tamaşanın bədii tərtibatı SSRİ Əməkdar rəssamı Ənvər Almaszadənin quruluşçu rəssam konsepsiyası əsasında nümayiş etdirilib. Tamaşanı Əməkdar artist Yuri Lobaçev idarə edib.

    Mariinski Teatrının aparıcı solisti Kristina Şapran Jizel obrazını yüksək peşəkarlıqla təqdim edib. Qraf Albert partiyasında çıxış edən Mariinski Teatrının aparıcı solisti, Əməkdar artist Timur Əsgərov isə qəhrəmanın mürəkkəb daxili aləmini və dramatik taleyini inandırıcı şəkildə canlandırıb.

    Tamaşada, həmçinin Əməkdar artist Anar Mikayılov (Hans), beynəlxalq müsabiqələr laureatı Ayan Eyvazova (Mirta), Liana Mirabdullayeva (Berta), Cəmilə Muradova (Batilda), Faiq Qubatov (Hersoq) və Edvard Arazov (Vilfrid) çıxış ediblər.

    İkinci pərdənin mistik atmosferinin yaradılmasında Əməkdar artist Elmira Süleymanova və Liana Praganın ifasında təqdim olunan villislər obrazları xüsusi təsir bağışlayıb.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR