Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yeni ili Prezidentimizin əməyimə verdiyi yüksək qiymətin

sevinci ilə qarşıladım

 

 

Özüm, təhsil sahəsində qazandığım uğurlar haqqında söhbət açmazdan öncə ulu öndər Heydər Əliyevin bir müdrik kəlammı xatırlatmaq istəyirəm: «Bir xalqın həyatını dəyişmək istəyirsənsə, ilk növbədə onun təhsilini inkişaf etdir». Mənə elə gəlir ki, bu sözlər elə biz müəllimlər haqqında deyilib. Biliyini, bacarığım, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıqla, mehribanlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə hopdurmağı bacaran müəllimlər haqqında. Var-dövləti övladları qədər sevdiyi şagirdləri, ömrünün ən şirin nəğməsi şagirdlərinin səsi-sədası olan, onların hər bir uğuruna sevinən, şərəfli bir yol keçən, çəkdiyi əməyi hədər getmədiyi üçün özünü xoşbəxt və bəxtiyar sayan müəllimlər haqqında...

Mən 1969-cu ildə Bakı şəhərində dünyaya göz açmışam. 1986-cı ildə Bakıdakı 49 nömrəli tam orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuşam. 1991-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. 2001-ci ildə ADPU-nun riyaziyyat və informatika fakültəsində ikinci təhsil almışam. 1991-ci ildən 1996-cı ilə kimi Bakının Səbail rayonundakı 163 nömrəli tam orta məktəbdə, hazırda isə həmin rayondakı 236 nömrəli tam orta məktəbdə riyaziyyat və in­formatika müəllimi işləyirəm. İşlədiyim müddət ərzində daim axtarışda olmuşam. Apardığım müşahidələr mənə bunu deməyə əsas verir ki, şagirdlərdə dərin, hərtərəfli biliyə, bacarığa nail olmaq istəyiriksə, düşüncə modelinden düzgün istifadə etməliyik. Çünki müasir dünyamızda informasiyalı sosializasiya sürətlə inkişaf edir. Yaxşını pisdən, yalanı doğrudan ayırmaq bəzən çətin olur. Yalnız əsl müəllim formalaşmaqda olan insana düzgün yolu onun düşüncəsini inkişaf etdirməklə göstərə bilər.

Son illər təhsilimizdə baş verən yeni qanun və layihələrin həyata keçirilməsi, təhsilin sürətli inkişafı, ənənəvilikdən müasirliyə keçid, kreativ düşüncənin formalaşması, yenilikləri sevən və öz tədrisində tətbiq edən bir müəllim kimi məni çox ruhlandırır.

Bildiyimiz kimi fəal müəllimin əsas vəzifələrindən biri şagirdlərdə məhz XXI əsr bilik və bacarıqlarmı formalaşdırmaqdır.

Dərs prosesində əsas məqsədim dərsin girişində «Motivasiyanı» düzgün seçmə cəhdim, internet resurslarından əlavə etdiyim əyani vasitələr, multimediyalı təqdimatlarla dərsin gedişini daha maraqlı və yaddaqalan etməkdir. Fikrimcə, dərslərdə fərqli təqdimatlardan geniş istifadə, dərsə yeni yanaşma modeli kimi sinfi tam canlandırır, bir şagird belə kənarda diqqətsiz qalmır.

Düşünürəm ki, öz üzərində daim işləyib inkişaf edən müəllim nə qədər peşəkarlaşarsa, о cəmiyyət üçün daha çox savadlı, bilikli şəxsiyyət yetişdirə bilər. Dərs zamanı bəzi şagirdlərdə yorğunluq və ruhdan düşmə halları ilə hər birimiz qarşılaşırıq. Uşaqlar о qədər həssas olur ki, hətta ailədə baş verən hər hansı bir gərgin mühit onları ruhdan salır. Mən bir müəllim kimi vəzifəmi sadəcə sinifdaxili fəaliyyətlə yekunlaşdırmıram. Şagirdlərimə daha yaxın olub onlarda yarana biləcək bütün mənfi ünsürləri aradan qaldırmağa çalışıram.

Bütün bunlarla bərabər onu da qeyd edim ki, 9-13 aprel 2012-ci ildə Multimedia Mərkəzi tərəfindən təşkil olunan «internet texnologiyaların və sosial servislərin tədris prosesində rolu» mövzusunda treninqlərdə, 1-13 oktyabr 2012-ci ildə «Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumların tətbiqi və fəal təlim» mövzusunda keçirilən təlimçilərin təlim kursunda, 2013-2014-cü dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və «Smart Techologies» şirkəti tərəfindən təşkil edilmiş «DymoMimio İnteraktiv Texnologiyaları ilə tədris təlim kur­sunda, «Mədəd-Azərbaycan» MMC tərəfindən təşkil edilmiş İntel» 1 şagird-1 kompüter» təlim kursunda iştirak etmiş və həmin kursları müvəffəqiyyətlə başa vurmuşam. 2010-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanına layiq görülmüşəm. 2012-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş «Riyaziyyat aylığı» ilə əlaqədar keçirilən «Ən yaxşı açıq dərs» müsabiqəsinin qalibi olmuşam və fəxri fərmana layiq görülmüşəm. 2013-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə fəxri fərmanla təltif olunmuşam.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən ixtisasartırma və digər kurslarda iştirak etmişəm. Dəfələrlə öz məktəbimizdə və rayonun digər məktəblərində «açıq dərs»lər keçirmişəm. 2011-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin 7 oktyabr tarixli 111012 nömrəli əmri ilə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanına layiq görülmüşəm. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 20 iyun tarixli 2299 nömrəli sərəncamı ilə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi olmuşam. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 ok­tyabr tarixli 3177 nömrəli Sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüşəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-cü il 25 sentyabr tarixli 111109 nömrəli əmri ilə 2-ci dəfə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanına layiq görülmüşəm.

Azərbaycan Respublikası Pre­zidentinin 2016-cı il 4 oktyabr ta­rixli 2364 nömrəli Sərəncamı ilə «Əməkdar müəllim» fəxri adına layiq görülmüşəm.

Təhsilimizə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm.

Düşünürəm ki, bu fəxri ad mənim həyatımın, müəllimlik fəaliyyətimin ən yüksək zirvəsidir. Bir müəllim kimi bu zirvəyə gəlib çatdığım üçün özümü çox xoşbəxt sayıram. Fəxri adı almaq xəbərini eşidən anda keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. İlk sevincimi məktəbimizin direktoru Xanlar müəllimlə bölüşdüm. Sonra müəllim yoldaşlarım mənə zəng edib təbrik etdilər. Mənim bu səviyyəyə gəlib çatmağımda məktəb rəhbərliyinin, pedaqoji kollektivin rolu danılmazdır.

 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə