Təhsil nazirinin müavini Firudin Qurbanov 18-21 aprel 2018-ci il tarixində Beynəlxalq Moskva Təhsil Salonuçərçivəsində təşkil olunacaq forumda və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda forum aprelin 18-də keçiriləcək. Forumda bir sıra dövlətlərin rəsmilərinin, ali təhsil müəssisələri rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.
Səfər çərçivəsində - aprelin 20-də Firudin Qurbanov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edəcək.