Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində
Ötən ildən etibarən, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəziilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb.
Tələbələrin təəssüratlarını təqdim edirik:
Aysel Mirzəyeva – Azərbaycan Tibb Universitetinin tələbəsi
Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm.
Həsənağa Ağaquliyev – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan Transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm.
Günay Əsgərova – Azərbaycan Dillər Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq( Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.
22.08.2025 Ermənistana verilən silahların qiyməti… - Prezident
22.08.2025 Prezident və xanımı Kəlbəcərdə...
22.08.2025 İlham Əliyev Türkmənistanda səfərdədir
22.08.2025 Putin Mehriban Əliyevanı təbrik etdi
22.08.2025 Üç türk ölkəsi liderlərinin görüşü oldu
18.08.2025 Qod Nisanovun oğlunun toyuna Bakıdan onlar gedəcək
18.08.2025 Davudoğlunun Bakı ilə bağlı sözləri müzakirə yaratdı
18.08.2025 Rusiya 1010 gündə bu qədər ərazi işğal edibmiş...
18.08.2025 Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək
18.08.2025 Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
18.08.2025 Ərəblər şəhidlərimizi təhqir etdi - Agentlikdən açıqlama
15.08.2025 Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi
15.08.2025 Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı
15.08.2025 Putin Merkellə görüşə itini gətirmişdi, Trampla isə… - KİV
12.08.2025 Mühacirani brifinqə xəritə ilə çıxdı: Zəngəzur dəhlizi...
12.08.2025 Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı
11.08.2025 Tramp görüş üçün Alyaskaya deyil, Rusiyaya gəlir?
11.08.2025 Əliyevlə danışdım, məhdudiyyətlərin aradan qalxması...
11.08.2025 Paraflanmış sülh sazişinin mətni yayıldı