Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları keçirəcək

29-06-2017 | 09:59        

  

Dövlət İmtahan Mərkəzi iyunun 30-da Bakıda yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Həmin gün ümumilikdə 57 min 910 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. 9-cu sinif şagirdləri üçün imtahan saat 10-da, 11-ci sinif şagirdləri üçün isə saat 15-də başlanır. İmtahanlarının keçirilməsi üçün ümumilikdə 181 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına ümumilikdə 238 imtahan rəhbəri, 2805 nəzarətçi-müəllim ayrılıb.

Dövlət İmtahan Mərkəzi iyunun 30-da Bakıda yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə