Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Qarabağ” və Qurbanova qarşı təxribat… – UEFA-dan cavab

Xəbər verdiyimiz kimi, avqustun 5-də baş tutan UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanmışdı. Yerli azarkeşlər oyun boyu “Qarabağ”ın ehtiyat oyunçuları və məşqçilər korpusuna qarşı qeyri-etik şüarlar səsləndirmişdilər. 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra isə kiprli fanatlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər etmişdi.

Bəs, insidentlə bağlı UEFA hansı tədbir görəcək?

UEFA-nın Media və ictimaiyyətlə əlaqələr bölməsindən UEFA İntizam Reqlamentinin 55-ci maddəsinə əsasən aşağıdakı intizam prosesinə başlanılıb.

AEL Limassol FK-yə qarşı irəli sürülən ittihamlar aşağıdakılardır:

1) Meydançaya yad cismlərin atılması - Maddə 16 (2) (b);

2) Azarkeşlərin özbaşınalığı - Maddə 16 (2) (h).

Cavabda bildirilib ki, UEFA Nəzarət, Etika və İntizam Komitəsi bu barədə yaxın vaxtlarda öz yekun qərarını açıqlayacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR