“Qarabağ” bu gün uduzsa, nələr itirəcək?
“Liverpul” aşkar favoritdir və çox böyük komandadır. Büdcəsi milyarddan yuxarıdır və səfərdə oynadığımızı nəzərə alaraq, “Qarabağ” – “Liverpul” oyununa proqnoz vermək çox çətindir.
Bu sözləri açıqlamasında idman jurnalisti Ceyhun Rzayev deyib.
“Əsas odur ki, uduzsa da, mübarizəsini aparsın. Buna da şübhəmiz yoxdur. “Qarabağ” həmişə meydanda mübarizə aparır.
“Qarabağ” heç nə itirməyəcək. 99% pley-off mərhələsini təmin edib. Çünki mövqe elədir ki, 18-ci yerdədir və 10 xalı var. 24-lüyə düşmək üçün özündən geridə olan 7 komandanın 7-si də qalib gəlməlidir. Bu da inandırıcı deyil.
Nəticədən asılı olmayaraq, bütün Azərbaycan axşamkı oyunu izləyib həzz almalıdır”, - o bildirib.
Qeyd edək ki, “Qarabağ” və “Liverpul” arasında oyun bu gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.