Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Caliber”: Rusiyalı sülhməramlıların məsuliyyətsizliyi zonası və ya separatçıların tank manevrləri - VİDEO


Ermənistanda Nikol Paşinyanın komandasıyla Qarabağ klanının hakimiyyət və resurslar uğrunda mübarizədə canfəşanlıqla bir-birinin boğazını gəmirdiyi, rəsmi İrəvanın isə artıq açıq şəkildə separatçılarla qarşıdurmaya girdiyi bir vaxtda ruhdan düşmüş erməni icmasının köməyinə məhz Rusiya sülhməramlı kontingenti gəlir.

Bu baradə “Caliber”in növbəti süjetində bildirilir.

“Görünən odur ki, sülhməramlılar bütün səyləri ilə hamını “sürünən miatsum” layihəsinin davam etdirilməsi və Azərbaycan ərazisində separatizmin kökünün qorunub saxlanması missiyasının məhz onlara həvalə olunmasını sübut etməyə çalışır. Belə ki, müvəqqəti məsuliyyət zonasında onların məntiqsiz hərəkətlərini başqa cür şərh etmək sadəcə mümkün deyil...”, - deyə videomaterialda qeyd olunur.

 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə