“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar “AzərEnerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
http://xeberinmerkezi.az/ xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, “AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2016-cı il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" adına layiq görülüb.
Yeri gəlmişkən, Energetika sahəsi ölkədə ən strateji sahələrdən biridir. Belə ki, bu sahədən ölkənin 100% əhalisi və qurumları fasiləsiz olaraq istifadə edir. Bu gün Azərbaycanın enerji təhlükəsizliyindən danışarkən "Azərenerji" adını xüsusi vurğulamaq lazımdır. Çünki sabit enerji — sabit iqtisadiyyat, güclü sənaye və rahat həyat deməkdir. O işıq ki evlərə istilik, şəhərlərə həyat gətirir, onun arxasında minlərlə enerji əməkdaşının zəhməti və bu böyük sistemin gücü dayanır. Bəzən energetiklərin yüksək əməyini gözardı etmək istəyən bəzi MEDİA məsublarına sözümüz odur ki, iş olan yerdə nöqsan da var. Amma bu fədakar insanların əməyini gözardı etməyə heç bir əsas vermir.
"Xəbərin Mərkəzi",
Şamil Şamilov
Vəli Səmədli,
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü