Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
“31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində onlayn fəaliyyətlər yekunlaşıbGənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb. Onlayn fəaliyyətlərdə ümumillikdə onlarla gənclər təşkilatları və tələbə gənclər təşkilatlarının nümayəndələri daxil olmaqla 500-ə yaxın gənc iştirak edib. Fəaliyyətlərin həyata keçirilmə məqsədi Azərbaycan reallıqlarının, soyqırım faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması və gənclərin “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmalarını təmin etməkdir. Fəaliyyətlər çərçivəsində soyqırım haqqında məlumatlar toplanaraq, Azərbaycan, ingilis, rus, fransız, ibrit və fars dillərində tvitlər paylaşılıb. Paylaşımlar zamanı #31marchgenocide və #31online həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar edilib, Azərbaycan reallıqlarını özündə əks etdirən foto paylaşımlar və məlumatlar yerləşdirilib. 500 gənc tərəfindən müxtəlif dillərdə paylaşılan tvitlər 495.000 nəfərin profilində 3.725.135 dəfə görülüb. #31marchgenocide #31online həştəqi ilə paylaşılan tvitlər kampaniya ərzində “Twitter Azərbaycan” rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb. Məlumat üçün bildiririk ki, “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etmələrinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmalarına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı kampaniyalar həyata keçirilmişdir. 
Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə