Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ədalət Verdiyevin üzərindən bu ittiham götürüldü

Bir müddət əvvəl Baş Prokurorluğun təqdimatı ilə həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.

Xeberinmerkezi.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, hərbi ekspertə qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə irəli sürülmüş ittihama xitam verilib.

Onun işi yanlız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.

Qeyd edək ki, Ədalət Verdiyev 25 noyabrda həbs olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə