Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Zelenski də xalqa müraciət etdi

Rusiyanın hərəkətlərinə baxmayaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq.

Bunu Prezident Vladimir Zelenski xalqa müraciətində deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.

O qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə