Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yumşalma qərarı: Bu suallar cavabsız qaldı - Həkim

Bizim əsas məqsədimiz "evdə qal" karantinini ləğv etmək idi.

Yerli KİV-lər xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında professor Adil Qeybulla Operativ Qərargahın avqustun 5-dən sonra sərt karantin rejiminin yumşalması ilə bağlı qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, çimərliyin açılması müsbət haldır:

“Nəzərə alsaq ki, SMS-icazə ləğv olunub, insanların adi günlərdə küçəyə çıxmaq imkanları yaranıb, bu, müsbət haldır. Bizim əsas məqsədimiz "evdə qal" karantinini ləğv etmək idi. İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır. Ona görə çimərliklərin açılması müsbət addımdır. Çünki insanlar uzun müddət evdə qalıb, immun sistemi zəifləyib. Ancaq həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulub. Belə olan halda insanlar cimərliyə necə gedəcək? Kasıb adamlardır, bunlar nəzərə alınmayıb. Çimərlikdə insanların davranışı ilə bağlı təlimatlar da ortada yoxdur. Oturmaq və uzanmaq üçün stollar necə düzülməli, çimərliyə neçə adam buraxılmalı və s. kimi məsələlər cavabsız qalıb. Bunların hamısı vacib məsələdir. Mən bunların heç birini təlimatlarda görmədim".

Adil Qeybulla qeyd edib ki, virusun yayılmaması üçün ictimai nəqliyyatın sayı artırılmalıdır:

"Operativ Qərargah may ayında olan yumşalmadan sonra ehtiyatlanır. Görünür, hissə-hissə yumşalmalar olacaq. Əgər belədirsə, təlimatlar ortada olmalıdır. İnsanlar bunu bilməli və davranış qaydalarıma əməl etməlidir. Metro bağlı qaldı. İstəlinən halda yük avtobuslara düşəcək. Çətinliklər yaranacaq. Avtobusların sayını artırmaqla infeksiyanın qarşısının almaq olar. Bu gün avtobuslarda sıxlıq qalmaqdadır və bunun özü təhlükəlidir".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə