Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yaqublunu döyənlər polislər deyil – Nazir

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı DİN başçısı, general-polkovnik Vilayət Eyvazovla görüşüblər.

Bununla bağlı "Turan"a danışan S.Qocamanlı görüşdə insan hüquqları ilə bağlı narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdiklərini bildirib.

“Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində oldu", - deyə Qocamanlı qeyd edib.

S.Qocamanlının sözlərinə görə, nazir polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib:

"Nazir müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd etdi".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə