Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi

Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.

Xeberinmerkezi.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Həmin qurumların əməkdaşları də DİN-in digər şöbələrində işlə təmin ediliblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə