Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində
Türkiyənin Ordu bölgəsində bir ailənin üç üzvü üç gün ərzində koronavirusdan ölüb. Xeberinmerkezi.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 35 yaşlı Mustafa Altıntaş, 67 yaşlı anası Hamide Altıntaş və 84 yaşlı nənəsi Ayşe Yılmaz özlərini pis hiss edərək yerli xəstəxanaya müraciət ediblər. Onların koronavirus testinin nəticəsi müsbət çıxıb. Vəziyyəti ağır olan Ayşe Yılmaz həmin gün reanimasiyaya yerləşdirilib, amma həkimlərin müdaxiləsi kömək etməyib və yaşlı qadın avqustun 24-də vəfat edib. Ertəsi gün Hamide Altıntaşın vəziyyəti sürətlə ağırlaşıb və o da vəfat edib. Avqustun 26-da isə gənc Mustafa Altıntaş koronavirusun ağ ciyərlərini parçalaması nəticəsində həyatını itirib.
Ordunun Kabadüz bələdiyyəsinin başqanı Yener Kaya bildirib ki, ölən ailə üzvləri koronavirusa qarşı peyvənd vurdurmayıblar. Ailənin başqa fərdlərinin də koronavirus karantininə yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, dünyanın əksər ölkələrində olduğu kimi Türkiyədə də koronavirusun “delta” ştammı sürətlə yayılır və ölümlər artır. Mütəxəssislər qeyd edirlər ki, bu ştamma yoluxanların vəziyyəti qəfildən ağırlaşa və hətta ağ ciyərlərin minimal zədələnməsi belə plevra boşluqlarının partlaması nəticəsində ölümlə nəticələnə bilər.
01.06.2026 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə
01.06.2026 Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım e
01.06.2026 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq
01.06.2026 Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
29.05.2026 Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub
29.05.2026 Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir
29.05.2026 ABŞ-nin Vitse-prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq
29.05.2026 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
27.05.2026 Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
27.05.2026 Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27.05.2026 Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
27.05.2026 Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün
24.05.2026 İran polisi konsulumuzun ölümü ilə bağlı açıqlama yaydı
24.05.2026 “Real Madrid” 10 futbolçusunu sata bilər
24.05.2026 Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək
24.05.2026 Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər
23.05.2026 AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib
23.05.2026 Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan
23.05.2026 Kim Çen In İlham Əliyevə təbrik məktubu yazıb
21.05.2026 Tbilisi qatarına ilk bileti o aldı