Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Useyn Bolt karyerasının ilk qollarını vurdu 


Bir müddət öncə peşəkar futbol karyerasına başlayan yüngül atletika üzrə səkkiz qat olimpiya çempionu Useyn Bolt Avstraliyanın “Sentral Kost Mariners” klubunun tərkibində ilk qolunu vurub. 

Oxu.Az “Çempionat” nəşrinə istinadla xəbər verir ki, yamaykalı futbolçu keçirdiyi son qarşılaşmada iki dəfə fərqlənib. 

Qolların videosu “Sentral Kost Mariners” klubunun “Twitter” hesabında yayımlanıb. 

Bolt bu klubla avqustun əvvəlində müqavilə bağlayıb. 31 yaşlı idmançı ilə klub arasındakı razılaşma müddətsizdir. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə