UEFA-dan Azərbaycana 1,5 milyon manat pul vəsati köçürüldü
Avropa Liqası turnirinin təsnifat mərhələsində çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi klubların hesabına köçürülüb.
AFFA-nın saytının xəbərinə görə, UEFA tərəfindən “Neftçi”, “Keşlə” və “Sumqayıt” klublarının hər birinə 240 min avro (483 552 manat) ayrılıb. Bu isə ümumilikdə 720 min avro (1 450 656 manat) vəsaitin Azərbaycana köçürülməsi deməkdir.
AFFA-nın qeyd hissəsində göstərilib ki, əsasən qurumdan maliyyələşən “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.