Təcili: Ukrayna ordusu daha bir istiqamətdən Rusiyaya girdi
Ukrayna ordusunun 95-ci desant-hücum briqadasının döyüşçüləri Rusiya sərhədini daha bir istiqamətdə yarıblar.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Hərbçilərin hansı istiqaməti yardıqları barədə məlumat verilməyib.
“Bu, Kursk vilayətində əməliyyat başlayandan bəri Rusiya sərhədini yarmaqla bağlı ikinci uğurlu əməliyyatdır”, - məlumatda qeyd olunub.