Türkiyədən şok: İran - İsrail müharibəsi başlaya bilər!
İran və İsrail arasında müharibə ehtimalı çox yüksəkdir.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Haber Qlobal” televiziyasının canlı yayımında deyib.
“Bir tərəfdə Fələstin-Qəzza soyqırımı, digər tərəfdə Livan, üstəlik İranla mümkün müharibə ehtimalı var. Hamısının fərqindəyik”, - deyə nazir bildirib.