İyulun 10-da Adanada terrorizmlə mübarizə polisi PKK/KCK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Yerli KİV-lər bildirir ki, Şırnak bölgəsində 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Bununla da yanvarın 1-dən etibarən təslim olan terrorçuların sayı 100-ə çatıb.
Saxlanılan 17 şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Şübhəlilərin evində axtarış aparılan zaman həbsxanadakı terrorçuların göndərdikləri təlimatlar, terror təşkilatlarına məxsus digər vəsaitlər, o cümlədən “Kalaşnikov” markalı avtomat silah ələ keçirilib.
Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Suriya ərazisində “Zeytun budağı” antiterror əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozmağa cəhd edən altı nəfərlik PKK/YPG qrupu saxlanılıb.