Trampdan Ukrayna açıqlaması: İndicə razılıq əldə olundu
Rusiya və Ukrayna yaxında genişmiqyaslı əsir mübadiləsi aparacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Rusiya ilə Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinə dair razılıq indicə əldə olunub. Mübadilə tezliklə baş tutacaq. Danışıqlar münasibətilə hər iki tərəfi təbrik edirəm”, - Tramp bildirib.
Ukrayna Teleqram kanalları isə yazıb ki, Ukrayna və Rusiya arasında 1000-in 1000-ə əsir mübadiləsi bu gün başlaya bilər.
Məlumata görə, Türkiyə əsir mübadiləsində vasitəçi kimi çıxış edəcək.