TBMM-də Azərbaycandakı Türkiyə hərbçilərinin xidməti müddətinin uzadılması müzakirə olunacaq
Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı müzakirələr aparılacaq.
Müvafiq qanun layihəsinə parlamentin Baş Məclisi tərəfindən noyabrın 9-da baxılacaq. Müzakirələrdən sonra layihə millət vəkillərinin ixtiyarına veriləcək.