Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Şəhid ailəsinin 10 ildir aldığı mənzilə köçə bilmədiyi bilindi

Qarabağ şəhidinin həyat yoldaşı Sevil Ağayevanın 2009-cu ildə aldığı mənzilə hələ də köçə bilmədiyi bəlli oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə belə deyilir. Səbəb odur ki, onun aldığı mənzil özündən sonra daha iki nəfərə satılıb. Mənzilin satıldığı 3-cü şəxs mənzilin qapısının qıfılını dəyişərək şəhid xanımının evə daxil olmasına maneçilik törədir. Hazırda iş məhkəmədədir. Ancaq hüquqşünaslar deyirlər ki, mənzil ilk olaraq sevil ağayevaya satıldığı üçün qanuni üstünlük də məhz ondadır. İndi şəhid xanımı yeni günəşlidə 9 nəfərlik ailəsi ilə ikiotaqlı evdə qalır. Aldığı mənzilə 10 ildir ki, köçə bilmir. Sevil Ağayeva 2009-cu ildə ''Yeni Yasamal'' MTK-nın Yasamal rayonu Xiyabani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan 2 otaqlı mənzil alıb. Sonra məlum olub ki, həmin mənzil ondan sonra daha 2 nəfərə satılıb. Sevil Ağayeva deyir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Rayon və apelyasiya məhkəmələri xanımın xeyrinə qərar çıxarıb. Sevil Ağayeva deyir ki, həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olub. O, indi 3 övladı və onların ailəsi ilə Yeni Günəşlidə ikiotaqlı mənzildə yaşayır. Mənzil şəraitinin pis olduğunu deyən Sevil Ağayeva məsələnin ədalətli şəkildə həll edilərək mənzilin ona verilməsini istəyir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə