Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Şüvəlanda 2 oğlan, 1 qız dənizdə boğuldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən yerli KİV-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib.

Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü İbrahim Rafiq oğlu Əliyev, 1995-ci il təvəllüdlü Asim Azər oğlu Əliyev və 1995-ci il təvəllüdlü Nuranə Vəli qızı Məmmədovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə