Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Superağır çəkidə dünya çempionluğu: Tayson Fyuri Deontey Uaylderi nokauta saldı


WBC versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüşün qalibi Tayson Fyuri olub. Bununla da, o, titulunu qoruya bilib. 

Britaniyalı peşəkar boksçu Tayson Fyuri ABŞ təmsilçisi Deontey Uaylderi nokautla məğlub edib.

Qarşılaşma 11-ci raundda bitib. Belə ki, britaniyalı başa endirdiyi qüvvətli zərbə ilə rəqibini aşırdıb.

T.Fyurinin bu qələbəsi peşəkar karyerasında 31-ci olub. 

Qeyd edək ki, Tayson Fyuri bu qarşılaşmaya 125,6 kiloqram çəkidə çıxıb. Onun rəqibinin isə 107,6 kiloqram çəkisi olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə