Şumaxer həyata döndü– Əsl möcüzə
Formula-1 üzrə yeddiqat dünya çempionu Mixail Şumaxerin şüuru yerinə gəlib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazıb.
Nəşr məlumatı Şumaxer yatdığı klinikanın adı açıqlanmayan tibb işçisinə istinadən yayıb.
Qeyd edək ki, beş ildir komada olan Formula-1 yarışlarının əfsanəvi pilotu alman Mixail Şumaxerə bir neçə gün öncə Paris xəstəxanasında kök hüceyrə transplantasiya edilib. Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Belə ki, zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur.
P.S
Əslində Şumaxerin komadan çıxıb həyata qayıtmasında onun həyat yoldaşı Korinna Betçin diqqət və qayğısı bütün dünya qadınlarına bir örnək və nümunə olmalıdır.Korinna həyat yoldaşını müalicə etmək üçün hər ay yüz min frank xərcləyib.Qeyd edim ki, Şumaxerlərin iki övladı var. 1997-ci ildə onların qızı Cina-Mariya, 1999-cu ildə oğlu Mik dünyaya gəlib. Maraqlısı budur ki, uşaqlar da valideynlərinin izi ilə gedir. Cina Maria at sürmə ilə uğurla məşğul olur, Mik artıq "Formula 3"-də iştirak edir.