Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Siyavuş Novruzovu kim əvəz edəcək? – Açıqlama

YAP-ın sədr müavini vəzifəsindən istefa verən Siyavuş Novruzovun yerinə kimin təyin ediləcəyi ilə bağlı məsələ hələlik müzakirə mövzusu deyil.

Bunu yerli KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi Hüseyn Paşayev deyib. O bildirib ki, bu vəzifəyə yeni namizəd YAP sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir:

“Bugünkü ana qədər Siyavuş Novruzovun yerinə hələlik heç bir namizədin təqdimatı olmayıb. Bu məsələ müzakirə mövzusu deyil”.

Qeyd edək ki, Siyavuş Novruzov ötən ay pandemiya şəraitində qadağan edilməsinə baxmayaraq, Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyi üçün YAP-dakı vəzifəsindən istefa vermişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə