Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki ay müddətinə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sverdlovsk Vilayət Məhkəməsi iş materiallarına baxaraq və tərəflərin fikirlərini dinləyərək Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq”, - məlumatda deyilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə