Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya ABŞ-ı iki ölkə ilə hədələdi: bacaracaqmı?

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva onun təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı Kuba və Venesuelada qoşun yerləşdirə bilər. Yəni rusiyalı diplomat demək istəyib ki, Vaşinqton və Brüssel Ukrayna ilə bağlı Moskvanın tələblərini yerinə yetirməsə, Rusiya ABŞ-ın yaxınlığında hərbi bazalar və ya orta mənzilli raketlər yerləşdirəcək.

Bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Rusiyanın mesajı aydındır:

“Rusiya açıq şəkildə bildirir ki, sən mənim “arxa bağça”mda hərbi bazalar yerləşdirəcəksənsə, mən də sənin “arxa bağça”nda hərbi bazalar yerləşdirəcəm”.

Birincisi, Kiyev özü istəyir ki, Ukrayna NATO-nun üzvü olsun, ölkədə Amerikanın hərbi bazaları yerləşdirilsin. Kuba və Venesuelanın Rusiya hərbi bazalarının yerləşdirilməsiylə bağlı istəyi səslənibmi, yoxsa Rusiya bu ölkələrin əvəzinə danışır?

İkincisi, keçmiş SSRİ bir dəfə Amerikanın yan-yörəsində - Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirmək istədi, Vaşinqtonun təzyiqi nəticəsində raketlərini yığışdırdı. Eyni tale Rusiyanı da gözləyəcək. Kubada rejim əvvəlki olsa da, fiqurlar dəyişib və yeni simalar çətin ki, Rusiyanın raketlərinə görə ABŞ-la münasibətlərin indikindən daha çətin vəziyyətə sürüklənməsində maraqlı olsunlar. Elə Venesuelanın özü də ağır vəziyyətdədir, iqtisadi göstəriciləri yerlə sürünür, müxalifət zaman-zaman hakimiyyəti sıxışdırır. Belə olan halda Venesueladakı solçu rejim Rusiyanın raketlərinə görə daxildə və xaricdə əlavə gərginliklə üzləşmək istəyərmi?”

Politoloqun fikrincə, rusiyalı rəsmilərin Kuba və Venesuelanın adlarını çəkməsi göstərir ki, Moskvanın Vaşinqton və Brüssellə danışıqların nəticəsiz qalması nəticəsində alternativləri zəifdir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə