Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Qarabağ"dan möhtəşəm qələbə: Avroliqanın qrupunda...

Bu gün “Qarabağ” pley-offda cavab matçına çıxır.

Axar.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edir.

Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidir.

***

9-cu dəqiqədə "Qarabağ"ın oyunçusu Maksim Medvedev hesabı açıb: 1 - 0

***

42-ci dəqiqədə Vild-Donald Qurrier "Şerif"in qapısından ikinci topu keçirib: 2 - 0

***

55-ci dəqiqədə Filip Ozobic 3-cü qolu komandanın hesabına yazdırıb: 3 - 0

***

Beləliklə, "Qarabağ" 3 - 0 hesabı ilə rəqibi üzərinə qələbə qazanıb.

3:0 hesablı qələbə qazanan "Qarabağ" tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə