"Qarabağ"da sürpriz transfer...
2025.09.10. 19:52
"Neftçi" və futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev "Neftçi"nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.
***
"Qarabağ"da sürpriz transfer gerçəkləşib.
Ağdam təmsilçisi Ramil Şeydayevlə anlaşıb. "Neftçi"nin qarşılıqlı razılıq əsasında yolları ayırdığı hücumçu 2 illik aradan sonra "köhlən atlar"a qayıdıb.
29 yaşl futbolçu 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"da forma geyinib.
Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tailand) də çıxış edib.