Qadın futbol millimizin təxirə salınmış iki oyununun yeni vaxtı bəlli oldu
Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.
Xeberinmerkezi.az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış oyun, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.
Həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.
Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.