Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nazir: Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək

    Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

    "Ermənistan iddia edir ki, onların əlində mina xəritəsi yoxdur, hamısını veriblər. Bu səbəbdən də minalarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Belə ki, bir sıra ərazilərdə minalar 2021-2023-cü illər ərzində basdırılıb. Həmçinin ərazilərimizdə 2020-ci ildən sonra ümumilikdə yüz minlərlə mina basdırılıb. Bu minaların tam təhlükəsiz şəkildə çıxarılması qısa müddətdə mümkün görünmür və uzunmüddətli, planlı əməliyyatlar tələb edir”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR