Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır.
Xeberinmerkezi.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında deyib.
Sədrin sözlərinə görə, fond barəsində daxili bazardan vəsaitlərin cəlb edilməsi və ipoteka kreditlərin həcminin artırılması üzrə layihələrin hazırlanması istiqamətində iş görmək lazımdır: “Bankların özünün uzunmüddətli ehtiyatları yoxdur və bu, onlara 20-25 il müddətinə ipoteka vemrəyə imkan vermir”.