Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Mixail Qusman: Demişəm, deyəcəm də, ermənilər...

Taleyin hökmü ilə mən 44 günlük müharibənin əvvəlində ailəmlə Azərbaycanda idim. Bütün müharibə zamanı Bakıda oldum və əlbəttə ki, neytral müşahidəçi qismində ola bilməzdim.

Bu sözləri TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Fikrimcə, mənim agentliyim müharibə hadisələrini son dərəcə obyektiv işıqlandırıb, bunu Rusiyanın digər KİV-ləri haqqında deyə bilmərəm. Bəli, mən öz azərbaycanyönümlü ritorikama görə ittiham olunurdum. Ancaq öz mövqeyimi bildirirdim, çünki Birinci Qarabağ müharibəsini yaxşı xatırlayıram. Hər şeyin düzünü bilirəm.

Demişəm, deyəcəyəm də: Rusiya Prezidenti Vladimir Putinin “20-ci əsrin ən böyük fəlakəti” adlandırdığı Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi məhz ermənilərin Qarabağda başlatdığı separatizm olub”, - deyə o qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə