Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Millimizdə oynamış futbolçunun oğlu "Real"a transfer olur?

İtaliyanın "Napoli" futbol klubunun gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə "Real Madrid" klubu maraqlanır.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Fichajes.com saytı məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçini İspaniya təmsilçisi Marko Asensionun əvəzedicisi kimi nəzərdən keçirir.

Kvaratsxeliya "Napoli"nin dörd matçında üç qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. O, 2000-ci ildə Azərbaycan milli komandasında çıxış edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə