Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Messi "Barselona" ilə yeni müqavilə imzalayıb


Argentinalı futbol ulduzu Lionel Messi "Barselona" klubu ilə müqaviləsinin müddətini uzadıb.

APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

L. Messi 2021-ci ilin ortalarına qədər olan dövrü əhatə edən yeni müqaviləyə imza atıb. Müqaviləyə əsasən Messini əldə etmək istəyən klub 700 milyon avro ödəməlidir. Futbolçunun maaşında artım olub-olmadığı açıqlanmayıb. Lakin daha əvvəl belə bir xəbər yayılmışdı ki, o, yeni müqavilə imzalamağın əvəzində 80 milyon funt-sterlinq (105 milyon dollar) pul alacaq, maaşı isə həftədə 500 min funt-sterlinq (658 min dollar) təşkil edəcək.

Qeyd edək ki, L. Messinin "Barselona" ilə köhnə müqaviləsi 2018-ci ildə bitəcəkdi. Bu səbəblə onun başqa klublara keçə biləcəyi barədə söz-söhbət yayılmışdı.

L. Messi 2004-cü ildən "Barselona"da çıxış edir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 5 dəfə "Qızıl top" qazanıb.

Messi "Barselona" ilə yeni müqavilə imzalayıb Argentinalı futbol ulduzu Lionel Messi "Barselona" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR