Laçında Müstəqillik Gününə həsr edilən mədəni tədbir keçirilir
Laçında Həkəri çayı sahilində 28 May - Müstəqillik Gününə həsr edilən mədəni tədbir keçirilir.
Konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutur.
Tədbirin əvvəlində hər üç ölkənin Dövlət Himni səsləndirilib.
Mədəni tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edir.