Kremldan Belarusa tələb: Onları azad edin!
Belarusda 33 rusiyalının saxlanılması əsassızdır.
Yerli KİV-lər xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bu hadisənin Rusiya-Belarus müttəfiqlik münasibətlərinə uyğun olmadığını və tez bir zamanda bu insidentin aydınlaşacağına ümid etdiyini bildirib.
Peskov, həmçinin qeyd edib ki, rusiyalılar tezliklə azadlığa buraxılmalıdır.