İsrail səfirindən 20 Yanvarla bağlı paylaşım – FOTO
İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvarla bağlı paylaşım edib.
Səfir özünün “Twitter” səhifəsində bu gün İsrail dövləti adından Şəhidlər xiyabınını ziyarət etdiyini yazıb.
O bildirib ki, havanın soyuq olmasına baxmayaraq, bir çox azərbaycanlının – kişilərin, qadınların, uşaqların – Qara Yanvar qurbanlarını yad etməsi ilhamvericidir.
Diplomat bunu millətin birlik və hörmət ruhu kimi xarakterizə edib.
O, 20 Yanvar qurbanlarına hörmət əlaməti olaraq İsrailin Azərbaycanın yanında olduğunu da vurğulayıb.