Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İşğaldan azad olunmuş regionlarda son 2 ildə göz müayinəsindən keçənlərin sayı açıqlanıb

İşğaldan azad olunmuş ərazilərimizdə 2024-cü ildən etibarən oftalmoloji müayinələr və müalicələr aparılır. Bu, erkən korluğun qarşısını alan əsas məqamlardan biridir. Son 2 ildə həmin ərazilərdə 1800-dən çox şəxs bu müayinələrdən yararlanıb.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva Bakıda keçirilən Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda oftalmoloji xidmətin optimallaşması üçün böyük işlər görülür: "Azərbaycanda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Gəncə, Şəki, Masallı filialı, Z.Əliyevanın adını daşıyan Dəmiryol Səyyar Klinikası fəaliyyət göstərir. Səyyar Klinika vasitəsilə bir gündə 400 şəxsi müayinə etmək, 50-yə qədər əməliyyat etmək mümkündür. Hər filialımız, mərkəzimiz yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Son 21 ildə təkcə Dəmiryol Səyyar Klinikasında 45 mindən çox şəxs müayinə olunub".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR