Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İqtisadiyyat üzrə Nobelin sahibi məlum olub


2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.

APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata ABŞ-ın Çikaqo Universitetinin alimi Riçard Taler layiq görülüb.

1901-ci ildən təqdim olunan iqtisadiyyat üzrə Nobel mükafatı ötən il ABŞ-ın Harvard Universitetinin professoru Oliver Harta və Massaçusets Ttexnoloji İnstitutunun professoru Benqt Holmstremə verilmişdi. 

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə