İlham Əliyev Zakir Sultanovu işdən çıxardı
Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Xeberinmerkezi.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti dünən Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı nazirliyin bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən Zakir Sultanov saxlanılıb.