Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Teğ (Dığ – red.) icmasının sakinləri – Karen Armenoviç Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bəyanatda qeyd olunub ki, azyaşlıların yerinin müəyyənləşdirilməsi və onların geri qaytarılması üçün bütün zəruri tədbirlər görülür.

***

Ermənistan tərəfindən iki nəfərin azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə