Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

III MDB Oyunları: Bu gün kamandan oxatma üzrə fərdi yarışlar keçirilib

Xankəndi, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhər stadionunda bu gün 1/8, 1/4 və yarımfinal mərhələlərdə fərdi yarışlar keçirilib. Fərdi yarışların final mərhələsi oktyabrın 5-də baş tutacaq.

Sabah isə qarışıq komanda (1 qız və 1 oğlan), həmçinin qadınlar və kişilərdən ibarət komanda yarışları start götürəcək. Azərbaycan yığması mübarizəsini komanda yarışlarında davam etdirəcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR