Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

II Elizabet gecəni xəstəxanada keçirib


Böyük Britaniya kraliçası II Elizabet gecəni xəstəxanada keçirib.

Bu barədə Bukingem Sarayının rəsmi nümayəndəsi bildirib.

Bildirilir ki, həkim 95 yaşlı kraliçaya bir neçə gün dincəlməyi tövsiyə ediblər. O da tibb işçilərinin tövsiyələrini dinləyərək dünən xəstəxanaya yollanıb. Orada II Elizabet ilkin müayinələrdən keçib.

Hazırda o, Vindzor sarayına qayıdıb.

Bukinhem sarayından isə bildirilib ki, kraliçanın əhval-ruhiyyəsi yaxşıdır. Səhhəti barədə digər təfərrüatlar açıqlanmayıb.

Mənbə: “Sky News”

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə